İT strukturunun ATM və POS Terminallar sahəsində karyera qurmaq istəyənlər üçün Təcrübə Proqramımızı sizə təqdim edirik!
Təcrübə proqramına kimlər müraciət edə bilər?
- Məzunlar və magistratura pilləsi üzrə təhsil alanlar;
- Gələcək karyerasını bank sektorunda qurmaq istəyən, yüksək analitik düşünmə qabiliyyətinə malik, öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan gənclər.
Proqrama qoşulmaq üçün aşağıdakı tələblərə uyğun namizədlərə üstünlük veriləcəkdir.
- Ali təhsil;
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti (Rus dili və İngilis dili biliyi üstünlükdür);
- Hardware və Help desk bilikləri;·
- Diqqətli və məsuliyyətli olmaq;·
- Problem həll etmə bacarığı.
Qeyd edək ki, təcrübə proqramının sonunda müsbət nəticə göstərənlərin işə qəbulu nəzərdə tutulmuşdur.
Komandamıza qoşulmaq və bizimlə karyeranıza başlamaq istəyirsinizsə CV-lərinizi mövzu sətrində “ATM və POS terminallar üzrə təcrübəçi” qeydi edərək cv@afb.az elektron ünvanına göndərə bilərsiniz.