Azercell ölkənin lider və innovativ həllər, fərqli və fərdi yanaşma, yüksək keyfiyyətli xidmətlər təqdim edən mobil operator şirkətidir.
Azercell Ailəsində təcrübə keçməyə dəvət edirik: Telekommunikasiya komandamızın üzvləri ilə birgə individuallığınızı, bacarıq və qabliyyətlərinizi nümayiş etdirmək, əvəzsiz təcrübə qazanmaq fürsətini qaçırmayın!
Biz nə təklif edirik:
- İşdə Təlim (on-the-job training) və öyrənmə imkanları
- Korporativ mühitdə praktiki təcrübə qazanmaq şansı
- Texniki və fərdi bacarıqlarınızı inkişaf etdirmək imkanı
- Təcrübə müddətində mentor tərəfindən professional dəstək və lazımi avadanlıqlarla təmin olunma
- Nahar üçün kompensasiya şirkət tərəfindən təmin edilir
- İş ilə təmin olunma şansı
İş qrafiki:
Hibrid iş rejimi ilə: Bazar ertəsi – Cümə,tələbələr üçün çevik cədvəl: 8 və ya 4 saatlıq iş rejimi. Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir.
İş yeri:
“Azercell Telekom“ MMC Baş ofis – Azercell Plaza
Tbilisi prospekti, 149
Bakı, Azərbaycan
Təcrübə müddəti: 3 ay (müddət uzadıla bilər)
Təcrübəçinin əsas öhdəlikləri: Transmissiya planlaması, stansiyaların verilənlər bazasının yenilənməsi, şikayətlərin araşdırması.
Requirements
Təcrübə proqramına kimlər müraciət edə bilər:
- Təcrübə proqramına yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
- Universitetin 3-cü və ya 4-cü kurs tələbələri
- Magistratura pilləsi üzrə təhsil alanlar və məzunlar
- Gələcək karyerasını Telekom və İT sahəsində qurmaq istəyən, öyrənməyə və özünü fasiləsiz inkişaf etdirməyə həvəsi olan gənclər
- Azərbaycan dili – əla, ingilis dili – yüksək səviyyədə
Seçim mərhələləri:
- CV-lərin nəzərdən keçirilməsi
- Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə
Müraciət qaydası:
- www.azercell.jobs səhifəsinə daxil olun;
- Vakansiyalar bölməsindəki təcrübə proqramını seçin;
- Vakansiya tələbləri ilə tanış olduqdan sonra “MÜRACİƏT ET” düyməsini seçin;
- Şəxsi məlumatlarınızı yerləşdirərək «CV» –nizi yükləyin.
- Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
- Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.
- Vakansiyalara dair sualların izi Linkedin üzərindən “Azercell Recruitment Team” səhifəmizə qoşularaq ünvanlandıra bilərsiniz: https://www.linkedin.com/in/azercell-recruitment-team-469180152/
Apply
Deadline for applicants
25th September 2022 10:00 AM