Təsvir
- Bağçılıq şöbəsinin əməkdaşlarının tələb etdiyi mal-material adlarının qeydiyyatının aparılması tələbnamələrin hazırlanması və 1C proqramına işlənilməsinə dəstək;
- Sifariş olunan mal-materialların alış prosesinin izlənməsi və sifarişçiyə məlumatın verilməsi;
- Bağçılıq şöbəsinə lazım olan mal-materialların anbardan çıxarılması işinin aparılması;
- Şöbənin aparıcı aqronom heyəti tərəfindən gündəlik işlərin qeydiyyata alınması;
- Şöbənin əməkdaşları ilə bağlı davamiyyət, icazə, avans, məzuniyyət sənədlərinin hazırlanaraq aidiyyəti şöbəyə təqdim edilməsində dəstək;
- Sahə ilə bağlı məlumatların izlənilməsi və yoxlanması işində şöbənin aqronom heyətinə köməkliyin göstərilməsi;
- Əkin sahələrində sahə aqronomu ilə birgə daim müşahidələr apararaq, zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənmiş sahələrin yerlərini, onların yayılma dərəcələrini öyrənir və fenoloji xəritələr hazırlanmasında sahə aqronomuna kömək edir
- Aqrotexniki, kimyəvi və bioloji mübarizəni, müalicəvi, qırıcı tədbirlərin kompleks şəkildə həyata keçirilməsində iştirak edir
- Sahədə Keyfiyyətsiz görülən işləri rəsmiləşdirilməsini aparır və sahə aqronomuna təqdim etmək üçün hesabatları hazırlayır
- Bağçılıq sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə nəzarət edilməsində iştirak edir
Tələblər
- Təhsil : Ali təhsil (Kənd təsərrüfatı sahəsi (bitkiçilik-bağçılıq) üzrə olması arzu olunandır);
- Dil bilikləri: Azərbaycan Dili ana dili , İngilis dili (üstünlük verilir)
- İT üzrə biliklər: Ms. Office,
- Səriştəlik
- Məsuliyyətlilik, disiplinlilik, təşkilati bacarıq
- Problem həll etmə və əməkdaşlıq bacarıqları
- Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
- Prinsip və Dəyərlərə sadiqlik
- Prosedur və qaydalara riayət etmək
- Operativlik və İcra etmək bacarığı
- Detallara fikir vermə