“Div Academy” Satış sahəsi üzrə TƏCRÜBƏ proqramı elan edir!
Kimlər müraciət edə bilər:
- Korporativ satış sahəsində təcrübəsi olan və ya bu sahəyə marağı olan gənclər
- Sonuncu kurs tələbəsi və ya yeni məzun olmuş şəxslər
Tələblər:
- Korporativ satış sahəsinə marağı olması və bu sahə üzrə karyera planlaması
- Yüksək ünsiyyət və təqdimat bacarığı
- Komanda daxili kommunikasiya bacarıqlarının yüksək səviyyədə olması
- “MS Office” proqramları ilə işləmə bacarığı
Proqramda öyrədiləcəklər:
- Korporativ satış şöbəsi daxilindəki müxtəlif işlərdə iştirak etmək
- Yeni satış prosesində fəaliyyət göstərmək
- Mövcud müştərilələrlə aparılan loyallıq proseslərində iştirak etmək
- Korporativ görüşlərdə iştirak etmək
Proqramın üstünlükləri:
- Peşəkar komanda ilə işləmək
- Satış sahəsində təcrübə əldə etmək
- Təlimlərdə pulsuz iştirak
- Mütəxəssis olaraq işə qəbul şansı
İş şərtləri:
- Aylıq ödəniş: 150 azn
- Proqram müddəti: 2 ay
- Koroğlu metro stansiyasının yaxınlığına yerləşən plaza
- Full-time iş rejimi
Müraciət üçün CV faylınızı “Satış üzrə Təcrübə” mövzusu ilə talent@div.edu.az ünvanına göndərin.