“Grow lab” layihəsi üzrə təcrübə proqramı
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Kapital QSC “Grow lab” layihəsi üzrə təcrübə proqramı elan edir. Layihənin məqsədi ali təhsil müəssisələrinə yüksək balla qəbul olan tələbələrin araşdırma və biznes proseslərinin qurulması sahəsində yaxından iştirak edərək təcrübə qazanmasına və karyerasına ilk addımı atmasına dəstək verməkdir. Təcrübə proqramı 3 ay müddətində nəzərdə tutulub. Təcrübə dövründə təcrübəçiyə şirkət tərəfindən ödəniş ediləcək və yekunda nəticəsi yüksək olan şəxslər kiçik mütəxəssis kimi işə qəbul ediləcəkdir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Təcrübə proqramı dövründə hansı işlər görüləcəkdir?
- Müxtəlif innovativ layihələrinin hazırlamaq və yeni məhsulların yaradılması ilə bağlı müxtəlif araşdırılma və tədqiqat işlərini aparmaq;
- Biznes proseslərinin təkmilləşdirilməsi və biznesin inkişafı strategiyasının hazırlanmasında iştirak etmək;
- Agile Metodologiyasına əsaslanmış iş prosesində daha yaxından iştirak etmək;
- Peşəkar startap mühitində işləmək.
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Grow lab ” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. Növbəti mərhələ üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Namizəddə hansı özəllikləri axtarırıq?
- Ali təhsil ( II-IV kurs tələbələri, yeni məzunlar və magistr tələbələri);
- Qəbul imtahanında 600+ bal toplamaq;
- İngilis və ya rus dillərini yüksək səviyyədə bilmək (digər dillər də arzuolunandır);
- Məsələlərə analitik yanaşmaq;
- Texnoloji trendlərdən xəbərdar olmaq (üstünlük verilir);
- MS Office və Google Tool-larından istifadə edə bilmək.