Təcrübəçi
Struktur vahidinin adı
Hüquq şöbəsi
Struktur bölmənin adı
İş rejimi: Gündəlik
Vakansiyaya müraciət üçün son tarix: 12-12-2023
İş yerinin ünvanı: Bakı
Şərtlər
Hüquq şöbəsinin təcrübəçisi “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətin (Cəmiyyət) fəaliyyəti ilə bağlı hüquqi təminat (dəstək), təhlil və ekspertiza, habelə hüquqi risklərin idarəedilməsi üzrə işlərin təşkili və tənzimlənməsi prosesində iştirak edəcəkdir.
Cəmiyyət bu vəzifənin icrası üçün çevik, həvəsli, hüquq sahəsi üzrə zəruri bilik və bacarıqlara sahib təcrübəçi axtarışındadır. Proqram ödənişlidir.
ƏSAS TƏLƏBLƏR :
- Təhsil tələbi: Ali təhsil;
- Təhsil ixtisası: Hüquqşünaslıq ixtisası;
- Kompüter bilikləri: MS Office proqramları;
- Azərbaycan dili (mükəmməl səviyyədə), ingilis dili (sərbəst), rus dili (arzuolunandır).
DAVRANIŞ BACARIQLAR:
- Məsuliyyət
- Ünsiyyət
- Yazılı özünü ifadə
- Detallara diqqət
- Nəticə yönümlülük
- Keyfiyyət yönümlülük
Öhdəliklər
Cəmiyyətin fəaliyyəti istiqaməti üzrə əqdlərin, korporativ aktların və digər hüquqi sənədlərin layihələrinin hazırlanması, uyğunluğunun yoxlanması, hüquqi ekspertizası prosesində iştirak etmək;
Cəmiyyətin rəhbərliyi, struktur bölmələri tərəfindən sorğu edilən hüquqi məsələlərlə bağlı rəy və arayışların tərtibatı prosesində iştirak etmək;
Cəmiyyətin bütün fəaliyyət istiqamətləri üzrə normayaratma və əqdlərin bağlanması prosesində iştirak etmək;
Cəmiyyətin tərəf olduğu məhkəmə işləri üzrə zəruri prosessual sənədlərin (iddia ərizəsinin, iddia ərizəsinə dair etirazın, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinə dair etirazların) hazırlanmasında iştirak etmək.
BİLMƏLİDİR:
Azərbaycan Respublikasının Konstitusiyasını, mülki, kommersiya, əmək, vergi hüquq münasibətlərini tənzimləyən və Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər qanunvericilik aktlarını.