İnsan Resursları üzrə Təcrübəçi tələb olunur
İşəgötürən: Kartaş LTD (Mr.Fix)
“Kartaş LTD” MMC-dən gənclər üçün təcrübə qazanma imkanı! İş təcrübəsinə malik olmayan məzunlar və ya İnsan Resursları bölməsinə maraq göstərən gənclər üçün zəngin bir təcrübə qazanma, gözəl kollektivdə çalışma və gələcəkdə İnsan Resursları sahəsində mütəxəssis olma şansı.
Vəzifə və Öhdəliklər:
- Yeni işə qəbul olunan əməkdaşların şəxsi işlərinin formalaşdırılması;
- Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət;
- Məzuniyyət, Ezamiyyət, İşə qəbul, Xitam və s. əmrlərin hazırlanması;
- Vahid namizədlər bazasının gündəlik yenilənməsi;
- İşçilərin gündəlik davamiyyətlərinə nəzarət və vahid hesabatın hazırlanması;
Bilik və bacarıqlar:
- Ali təhsil;
- AR Əmək qanunvericiliyi biliyi arzuolunandır;
- Öyrənməyə və inkişafa yüksək təşəbbüs və həvəs;
- MS Office proqramlarından istifadə bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq, rus və ingilis dillərii arzuolunandır;
- Müvafiq sahədə təcrübənin olması və ya İR sahədə təlimlərdə iştirik etmiş olması arzuolunandır;
- İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı;
- Kollektivlə sağlam münasibət qurmaq və işləmək bacarığı;
- Təqdimat bacarığı.
Təminatlar:
- Təcrübə ödənişlidir (maaşlı), təcrübə müddətini uğurla keçən Təcrübəçi işlə təmin edilir
- Nahar şirkət tərəfindən verilir
Əgər təklifimiz Sizə maraqlıdırsa “İnsan Resursları üzrə Təcrübəçi” adını mövzu hissədə qeyd etməklə CV-nizi hr@mrfix.az elektron poçt ünvanına göndərə bilərsiz.