Bestbort MMC şirkəti 2023-cü il üçün interyer dizayn üzrə təcrübə proqramı elan edir!
Mebel dizaynı və istehsalı sahəsində çalışmaq, özünü peşəkar interyer dizayner kimi yetişdirmək istəyən dostlarımızı bu proqrama dəvət edirik.
Proqram barədə məlumat;
- Proqram 2 aylıq bir müddəti əhatə edəcək
- Proqram ödənişsizdir, namizədə görə yol və yemək xərcləri qarşılanacaq
- Proqram mebel dizaynı, istehsalat, quraşdırma və müştəri münasibətlərini əhatə edir
- Proqram həm real, həm də müəyyən olunmuş keyslərlə iş imkanı təqdim edir
- Müddətin sonunda şirkət seçilmiş namizəd(lər)i işlə təmin etmə zəmanəti verir
- Müddətin sonunda bütün iştirakçılara rəsmi sertifikat təqdim olunur
İştirakçılar barədə tələblərimiz;
- AutoCAD, 3DsMax və SketchUp proqramlarında işləmə bacarıqları
- Render alətlərindən (V-Ray və ya Corona) istifadə bacarıqları
- Yaradıcı və vizyoner
- Öyrənməyə (və hətta öyrətməyə) həvəsli
İştirakçıların qazanacaqları;
- Real müştərilərlə iş təcrübəsi
- İşinin mütəxəssisi tərəfindən daimi mentorluq
- Dizayn-istehsalat və dizayn-müştəri münasibətlərinin öyrədilməsi
Qeydlərimiz;
- Biz kurs deyilik, adıçəkilən proqram və alətləri təəssüf ki, öyrədə bilməyəcəyik
- Müraciət zamanı CV-ləriniz sadəcə sizi ilkin olaraq tanımaq üçündür, proqram və alətlərdə iş bacarıqlarınız müsahibə zamanı testdən keçiriləcək
- Qarşılayacağımız xərcləri siz – namizədlə birlikdə müəyyən edəcəyik, nəzərə alın ki, bu, təcrübə proqramıdır, işə qəbul deyil
Müraciət etmək üçün CV-lərinizi careers@bestbort.az e-poçtuna göndərməyiniz xahiş olunur. Seçilmiş namizədlərlə müsahibə təyin olunacaqdır.