“JOEL MMC” Kontent nəzarəti üzrə təcrübəçi (#contentmanagmentintern ) vəzifəsi üzrə Azərbaycan və Rus dillərində sərbəst danışa bilən işçi axtarışı elan edir!
Tələblər:
- Təhsil: Ali
- Dil bilikləri: Azərbaycan dili – sərbəst, Rus dili – sərbəst
- Kompüter bilikləri: MS Word – yaxşı, MS Excel – yaxşı, Outlook – yaxşı
- Təcrübə yaxud sertifikat: Tələb olunmur
Vəzifə öhdəlikləri:
- Məzmunun yoxlanması – iş axınının nəzərdən keçirilməsi və qiymətləndirilməsi, Müştəri tərəfindən yüklənmiş şəkillərin təsdiqlənməsi;
- Məlumatların müqayisə edilməsi – Şirkət tərəfindən müəyyən edilmiş məzmun tələblərinə əməl etməklə məzmunun müvafiq şəkillərlə müqayisə edilməsi;
- Hesabatların hazırlanması – məzmun uyğunsuzluqları siyahısından seçilmiş həll yolları əsasında məzmundan imtina haqqında hesabatların hazırlanması;
- Reviziyaların idarə edilməsi – məzmun düzəlişləri ilə bağlı tarixlərin arxivləşdirilməsi, versiyaların yenilənməsinin monitorinqinin həyata keçirilməsi;
- Rəylərin izlənilməsi – məzmun fəaliyyətinin izlənilməsi və alınan şərhlərdən asılı olaraq Müştəriyə rəyin təqdim edilməsi;
- Keyfiyyətə nəzarət – məzmunun keyfiyyət tələblərinə əsasən qiymətləndirilməsi və CRM sistemi daxilində düzəlişlərdən asılı olaraq məzmuna uyğun qiymətlərin təyin edilməsi.
İş günləri: 5 günlük iş rejimi (Şənbə-Bazar istirahət günləri)
İş saatları: 10:00 – 19:00
İş yeri: Həsən Məcidov 3, Bakı şəhəri
Təminatlar: Nahar, nəqliyyat təmin edilmir.
Əmək haqqı: Ödənişli təcrübə (Təcrübə sonunda sertifikat təmin edilir).
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “vakansiyanın adı”nı qeyd etməklə, hr@trunnion.services elektron poçt ünvanına göndərə bilərlər.