“Veysəloğlu” MMC Hüquq və Təşkilati İşlər şöbəsində Korporativ hüquq və müqavilələr üzrə təcrübəçi vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə funksiyaları:
- Rəhbərliyə tabe strukturlar daxilində hüquqi təminat, ekspertiza və təhlil işini aparmaqda iştirak etmək;
- Hüquqi ekspertiza və hüquqi təminat işinin aparılması üzərində metodik rəhbərliyin həyata keçirilməsində şöbə müdirinə dəstək göstərmək;
- Struktur bölmələrin partnyorları ilə bağlanan müqavilələrin layihələrinin hazırlanmasında iştirak etmək və bu işi öyrənmək, təqdim edilən müqavilə layihələrinin ekspertizasını həyata keçirmək;
- Aidiyyəti struktur bölmələr və kontragentlərlə müqavilə idarəçiliyi və qaydalarına uyğun olaraq müvafiq hərəkətləri aparmaq, danışıqların həyata keçirilməsində iştirak etmək;
- Hüquq şöbə müdirinin tapşırığı əsasında lazımi lisenziyaların və icazələrin alınmasının həyata keçirilməsinə dair sənədləşmələrin hazırlanmasında iştirak etmək.
Vəzifə tələbləri:
- Ali hüquqi təhsil;
- Rus və ingilis dili biliyi üstünlükdür.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Korporativ hüquq və müqavilələr üzrə təcrübəçi” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.