Karyeranıza “Kristal Abşeron”da başlayın!
“Kristal Abşeron” inşaat mühəndisliyi, elektrik mühəndisliyi və dizayn sahəsində təhsil alan tələbə və məzunlara təcrübə qazanmaq imkanı yaradır.
Tələblər:
- Qeyd olunan sahələr üzrə bakalavr və ya magistratura pilləsində təhsil alan tələbə və ya məzunlar;
- yüksək təhsil göstəriciləri;
- MS Office proqramlarında işləmə bacarığı;
- analitik düşüncə və təhlil bacarığı;
- peşəsinə yüksək motivasiya ilə yanaşma;
- fərdi və komandada işləmə bacarığı;
- ünsiyyət qurma və səlis danışıq qabilliyyəti.
İş şəraiti:
- minimum əmək haqqı: 345 AZN
- 5 günlük iş qrafiki
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə
Tələblərə cavab verən namizədlər CV formalarını və qiymət kitabçasının (transkript) skan versiyasını hr@kristalabsheron.az elektron ünvanına müvafiq təcrübə proqramının adını qeyd etməklə müraciət edə bilər.
Son müraciət tarixi: 20.11.2023
Hər birinizə uğurlar arzu edirik!