Azerfloat CJSC CJSC məzunlar üçün bu ilki Yay Təcrübə proqramını “Siz Xoş Gələcəksiniz – Heydər Əliyev ili” adı altında həyata keçirir.
Mərhələli dəyərləndirmələr (məntiq testi və müsahibə) nəticəsində seçiləcək məzunlar aşağıda qeyd olunan şöbələr üzrə təcrübə keçəcəklər.
Təcrübə keçiriləcək şöbələr:
- Mühasibatlıq
- Maliyyə
- Təchizat
- İnsan Resurları
- NÖC və Avtomatlaşdırma
- SƏTƏM
- Planlama
- Keyfiyyətə nəzarət və Laboratoriya
- Sənaye qaz istehsalı
- Elektrik mühəndisliyi
- Mexanika şöbəsi
- İstehsalat şöbəsi
Təcrübə proqramı iyun ayında start verməklə 3 ay davam edəcək. Bu müddət ərzində təcrübəçilər şirkət və onun fəaliyyəti haqqında məlumat alacaq, real tapşırıqlar üzərində təcrübə və araşdırma yolu ilə yeni bilik, bacarıqlara yiyələnəcək və iş həyatına ilk addımlarını atacaqlar. Təcrübə proqramını uğurla tamamlayan təcrübəçilərə “Azerfloat” QSC tərəfindən sertifikat və müsbət xasiyyətnamə veriləcək. Texniki bilik və bacarıqları ilə fərqlənən təcrübəçilər işlə təmin olunacaqlar.
Tələblər, bilik və bacarıqlar:
- Sonuncu kurs tələbələri;
- Məzunlar;
- Ünsiyyət bacarığı;
- Təşəbbüskarlıq;
- Məsuliyyət və punktuallıq;
- Araşdırma bacarığı
Təminatlar:
- Əmək haqqı: 316 AZN;
- Nahar;
- Servis 20 Yanvar-dan təmin edilir;
- 08:00-17:00 (Bazar ertəsi – Cümə)
Mövzü yerinə təcrübə keçmək istədiyiniz şöbənin adını yazıb recruitment@azerfloat.az elektron poçt ünvanına CV göndərməyiniz xahiş olunur, şöbənin adı qeyd olunmadan göndərilən CV-lərə baxılmayacaqdır.