“Kristal Abşeron” Mühasibatlıq sahəsində təcrübə proqramı elan edir. Əgər siz də sahə üzrə yeni bilik və bacarıqlar əldə etmək və uğurlu gələcəyə doğru addımlamaq istəyirsinizsə bu imkanı qaçırmayın!
Tələblər:
- Maliyyə, Mühasibat uçotu və ya audit sahəsində təhsil almış yeni məzunlar və ya magistratura pilləsinin tələbələri;
- MS Office proqramlarında işləmə bacarığı;
- Analitik düşüncə və təhlil bacarığı;
- Peşəsinə yüksək motivasiya ilə yanaşma;
- Fərdi və komanda da işləmə bacarığı;
- Ünsiyyət qurma və səlis danışıq qabilliyyəti.
İş şəraiti:
- 6 günlük iş qrafiki (şənbə yarı gün);
- Əmək haqqı 345 AZN;
- AR əmək məcəlləsinə əsasən sənədləşmə.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını linkedin mesaj qutusuna və ya e-mail vasitəsilə mövzu yerinə “Təcrübəçi mühasib” yazmaqla ”hr@kristalabsheron.az” elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.