“JOEL MMC” Müştəriyə dəstək üzrə təcrübəçi (#customersupportintern ) vəzifəsi üzrə Azərbaycan və Rus dillərində sərbəst danışa bilən işçi axtarışı elan edir!
Tələblər:
- Təhsil: Ali
- Dil bilikləri: Azərbaycan dili – sərbəst, Rus dili – sərbəst
- Kompüter bilikləri: MS Word – yaxşı, MS Excel – yaxşı, Outlook – yaxşı
- Təcrübə yaxud sertifikat: Tələb olunmur
Vəzifə öhdəlikləri:
- Sorğuların izlənilməsi – Müştəri və ya İstifadəçi sorğuları üçün bilet sisteminin idarə edilməsi, xidmət prosesinin tələbi olaraq telefon zəngləri, e-poçt, sms vasitəsilə Müştərilərlə əlaqənin saxlanması, Müştərilərdən gələn zənglərin cavablandırılması və yaranan məsələlərlə bağlı köməkliyin göstərilməsi;
- Masa işi – Müştəri ilə əlaqə üçün gündəlik olaraq Şirkətin CRM sistemi üzərində işin aparılması və CRM sisteminin zəng mərkəzi işçisi kimi fəaliyyət göstərilməsi;
- Əlaqələrin idarə edilməsi – Müştərilər üçün ardıcıl olaraq əlaqə məlumatlarının qeyd edilməsi ;
- Sorğu qeydiyyatının aparılması – Müştəri sorğularının qeydiyyatının aparılması, həm Müştəriyə, həm də İstifadəçiyə Şirkət məhsulundan (platformasından) istifadə etməklə köməkliyin göstərilməsi;
- Problemlərin həll edilməsi – Müştərilərə və ya İstifadəçilərə zəng mərkəzi vasitəsilə qəbul edilən sorğulara əsasən tələb olunduğunda problemlərin həlli yollarının təqdim edilməsi;
- Qeydlərin saxlanması – təhlil üçün zənglərin qeydə alınması.
İş günləri: 5 günlük iş rejimi (Şənbə-Bazar istirahət günləri)
İş saatları: 10:00 – 19:00
İş yeri: Həsən Məcidov 3, Bakı şəhəri
Təminatlar: Nahar, nəqliyyat təmin edilmir.
Əmək haqqı: Ödənişli təcrübə (Təcrübə sonunda sertifikat təmin edilir).
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “vakansiyanın adı”nı qeyd etməklə, hr@trunnion.services elektron poçt ünvanına göndərə bilərlər.