Təcrübə keçib, biliklərini artırmaq istəyən gənclər üçün Operatorluq və Montaj sahəsi üzrə ödənişsiz Təcrübə Proqramımızı elan edirik.
Təcrübə proqramında iştirak edən gənclər peşəkar mühitdə, real işlər üzərində maraq göstərdikləri sahəni dərindən öyrənə və biliklərini tətbiq edə biləcəklər.
Təcrübəçi üçün tələblər:
- 18-23 yaş arası
- aktiv, təşəbbüskar, məsuliyyətli
- öyrənməyə həvəsli
- komanda daxilində çalışmaq qabiliyyətli
- ünsiyyətcil, pozitiv gənclər
Təcrübə proqramı 3 ay müddətində davam edəcək.
Bu müddətdə təcrübəçinin naharı qarşılanacaq və yol xərci ödənəcək.
Proqramı uğurla başa vuran təcrübəçi PreMark şirkətində işlə təmin olunacaq və ya tərəfdaş qurumlara tövsiyə ediləcək.
Təcrübə proqramına qoşulmaq üçün CV-nizi “Operatorluq və Montaj proqramına müraciət” başlığı ilə intern@premark.az ünvanına göndərin.
Son müraciət tarixi: 25 sentyabr 2022
Ətraflı məlumat üçün telefon: 070 552 75 52