PAŞA Sığorta ASC namizədləri “Məlumatların idarəedilməsi üzrə təcrübəçi (Data Governance)” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
İşin təsviri:
Məlumatların İdarəolunması üzrə prosesslərin metriklərinin ölçülməsinə nəzarət etmək, gecikmələr və problemləri müəyyənləşdirilməsi və aradan qaldırılması üçün rəhbərə dəstək olmaq.
BİLİKLƏR
- İqtisadiyyat və ya Məlumat yönümlü ixtisaslar üzrə təhsilin olması
- Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
- Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili biliyi arzuolunandır.
- Layihə idarəetməsi üzrə təcrübə arzuolunandır;
- Biznes prosesin dizayn edilməsi, tətbiqi və təkmilləşdirilməsi üzrə təcrübə arzuolunandır;
- Qabaqcıl təcrübələrin, siyasətlərin və/və ya prosedurların hazırlanması üzrə təcrübə arzuolunandır.
BACARIQLAR
- Təqdimat bacarıqları;
- Komandada işləmək bacarığı;
- Yüksək ünsiyyət bacarığı;
- Məntiqi və analitik düşüncə;
- Stresə davamlılıq;
- Təşəbbüskarlıq;
- Məqsədyönlülük;
- Emosional stabillik və məsuliyyətli olmaq.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.
Son müraciət:
- 2022-06-15