“Rabitəbank” ASC, “Mikro kredit işçi” təcrübə proqramına start verir!
Uğurlu karyera qurmağınız üçün Sizi aramızda Rabitə qurmağa dəvət edirik!
Bu proqram Sizə nələr qazandıracaq?
- Müştəri xidməti sahəsi ilə tanışlıq və işin öyrədilməsi;
- Mikro kredit məhsulları və xidmət satışının həyata keçirilməsinin öyrədilməsi;
- Aktiv marketinq təbliğatının aparılması və potensial biznes müştərilərinin axtarışı;
- Müştərilərin və tələb olunduğu halda zaminlərin biznes fəaliyyətini təhlil etmək;
- Qayda və prosedurlara əsasən tərtib edilmiş sənədləri təstiqə təqdim etmək;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq.
- Bankın peşəkar əməkdaşları tərəfindən keçirilən təlimlərdə iştirak.
Proqramda iştiraka dair tələblər:
- Ali təhsil (İqtisadi yönümlü olması arzuolunandır);
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Təşəbbüskarlıq və yenilikləri öyrənmə qabiliyyəti;
- Satış qabiliyyətinin olması;
- İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı;
- Müştəriyönümlülük, məsuliyyətlilik və operativ qərarvermə qabiliyyəti.
Proqramda iştirak etmək istəyən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına “mikro kredit işçisi təcrübə” başlığı ilə göndərə bilərlər.
Qeyd: növbəti mərhələdə yalnız tələblərə uyğun olan namizədlər seçilib, keçid edəcəklər.
Əlaqə vasitələri:
E-mail: career@rabitabank.com
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33