Şirkət: Azerconnect
Funksiya: Strateji Proqramları İdarəetmə Ofisi
Vəzifə: Təcrübəçi
İş qrafiki: Standart
Son müraciət tarixi: 15.05.2023
Sizin əsas vəzifə öhdəlikləriniz:
- İcraçı İdarəetmə Komitələrinə icraçı katiblik dəstəyinin göstərilməsi
- İclas materiallarının, təqdimatlarının hazırlanmasında, iclas gündəliyinin təyin olunmasında, rəhbərliyin kalendarının koordinasiya edilməsi və iclasların təşkil olunmasında dəstəyin göstərilməsi
- Anında və müştəri yönümlü xidmətləri təmin edərək xarici və daxili maraqlı tərəflərin koordinasiya edilməsi
- Protokolların və brifinqlərin hazırlanmasında, sənədləşdirilməsində və saxlanmasında dəstək olmaq
- Məxfi və həssas xarakterli sənədlər də daxil olmaqla, müvafiq sənədlərin və qeydlərin saxlanmasını və arxivləşdirilməsini təmin etmək
- Qrup şirkətləri və holdinq arasında əlaqə yaradılması (sorğuların əlaqələndirilməsi, qeydiyyatı və izlənilməsi), İcraçı Rəhbərlik üzvlərinə inzibati dəstək göstərilməsi
- Üst rəhbərin şifahi və yazılı göstəriş və tapşırıqlarının yerinə yetirilməsi
Vəzifənin tələbləri:
- Biznes və əlaqəli sahələrdə ali təhsil
- Yazılı və şifahi ünsiyyət bacarıqları
- MS Office proqramlarının istifadəçisi olmaq (xüsusilə MS Power Point, MS Excel)
- Detallara yönəlik, yüksək təşkilati və planlama bacarıqları
- Vaxtın idarəedilməsi üzrə bacarıqlar
- Sadələşdirmə bacarıqları
- Azərbaycan və ingilis dilləri üzrə səlis bilik, Rus dili üzrə yaxşı bilik üstünlükdür