Təcrübəçi (Biznes analitika üzrə)
Struktur bölmənin adı : İnformasiya texnologiyaları departamenti
İş rejimi : Gündəlik
Vakansiyaya müraciət üçün son tarix : 24-02-2023
İş yerinin ünvanı : Bakı
Şərtlər
Təcrübə müddəti 3 aylıqdır. Bu müddət ərzində təcrübəçi İnformasiya Texnologiyaları departamentinin həyata keçirdiyi müxtəlif əməliyyatlarda iştirak edərək sahə üzrə praktiki biliklər əldə edəcək. Proqram ödənişlidir.
ƏSAS TƏLƏBLƏR
- Ali təhsil (Data analitika və ya biznes analitika istiqaməti üzrə təhsil alan tələbələrə üstünlük veriləcəkdir);
- Azərbaycan dili (səlis), ingilis dili (sərbəst), rus dili (arzuolunandır).
BİLKİLƏR
- İT Layihə idarəetməsi, biznes idarəetmə, əsasən də İnformasiya Sistemlərinin idarəetməsi sahəsi üzrə nəzəri biliklər;
- Biznes Analitika və layilələndirmə üzrə biliklər;
- Veb-əsaslı data təhlili, vizuallaşdırma və layihə idarəetməsi üzrə alətlərlə bağlı bilikər.
BACARIQLAR
- Biznes mühitində işləmək və ünsiyyət bacarıqları;
- Dinamik və dəyişən mühitdə işləmə bacarıqları;
- Komandada işləmək bacarıqları;
- Yaradıcı düşünmə və inkişafa meyilli namizədlərə üstünlük veriləcəkdir.
- İntizamlı və sənaye mühitində işləmək bacarıqları.
Öhdəliklər
- İnformasiya sistemləri ilə işləmək, mütəmadi təhlillər aparmaq və hesabatlar hazırlanmasında iştirak;
- İstifadəçilərdən tələbləri toplayıb, layihənin və ya məhsulun təhlilini aparmaq, problem və performans hesabatları hazırlanmasında iştirak;
- Ehtiyac yarandıqda ilkin çizgilər (wireframe), mockup, prototyping alətlərini istifadə etmək, sxemlər, struktur və digər qrafiki sxemlər tərtib edilməsində iştirak;
- Komanda ilə əsas tərəflərlə işləmək, müvafiq texniki tələblər üzrə sənədlərin toplamaq, incələmək, razılaşdırmaq və redaktə edilməsində iştirak;
- İnformasiya sistemlərinin tətbiqi və ya optimallaşdırlması ilə bağlı komandaya dəstək vermək, müvafiq görüşlərdə iştirak etmək;
- Liman sahəsi üzrə inkişaf və optimizasiya təşəbbüsləri üçün Data analizi metodlarını hazırlamaq və tətbiqində iştirak etmək;
- Mütəmadi araşdırmalar aparmaq və komanda ilə birgə indikatorlara uyğun təhlillər və dinamik hesabatlar hazırlanmasında iştirak;
- Tələbata uyğun olaraq digər təhlillərlə bağlı komandaya dəstək vermək.