Təşkilati Dizayn və İnkişaf üzrə təcrübəçi
Vakansiya haqqında
Şirkət: Azerconnect
İdarə: İnsan Resursları
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi: 03.07.2023
Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən ilk B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir.
Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Təşkilati Dizayn və İnkişaf üzrə komandaya vəzifə üzrə öhdəliklərin analizi və yenilənməsində dəstək göstərmək;
- Təşkilati Dizayn və İnkişafla əlaqədar administrativ məlumat və sənədlərlə işləmək;
- Karyera cığırı strukturları ilə bağlı şöbə səviyyəsində görüşlərdə iştirak;
- Vəzifə öhdəliklərini yeniləmək məqsədi ilə iş analizlərinin aparılması;
- Səriştəliklər modeli üzrə iş axış diaqramlarının təkmilləşdirilməsində dəstək olmaq;
Vəzifənin tələbləri:
- İnsan Resursları, Təşkilati İnkişaf və ya əlaqəli sahədədə ali təhsil
- Azərbaycan və İngilis dilləri – əla;
- Word, Excel üzrə ortalamanın üzərində bilik və bacarıqlar
- Detallara diqqətlə yanaşma
- Təşkilatçılıq
- Məntiqi düşüncə tərzi
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.