Vakansiya adı: Texniki və Sabit Layihələrin İdarə Edilməsi üzrə Təcrübəçi
Şirkət: Azerconnect
İdarə: Strateji Proqramları İdarəetmə Ofisi
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi: 15.03.2024
Təcrübəçi olaraq Sizin vəzifə öhdəlikləriniz:
- Şirkətin korporativ siyasətinə, dəyərlərinə və prosedurlarına uyğunluq;
- Təyin olunmuş Layihə tapşırıqlarına dəstək göstərmək və kordinasiya etmək;
- Bütün layihə işlərinin və tapşırıqlarında dəstək göstərmək və layihə fayllarının saxlandığından əmin olmaq;
- Satınalma proseslərini koordinasiya etmək və dəstək göstərmək;
- Şirkət siyasətlərinə uyğun olaraq layihə təsdiqlərini koordinasiya etmək;
- Maraqlı tərəflərdən gələn sorğuları verilmiş hədəf vaxt və büdcə çərçivəsində dəstək və kordinasiya etmək;
- İcra hesabatı və irəliləmələrin izlənilməsi;
- Layihə iclasları üçün məsuliyyət daşımaq (Təqdimatları və status məlumatlarını hazırlamaq, iclas gündəliyini tərtib etmək, məlumatları paylamaq, sənədləri vaxtında yeniləmək, qeydləri göndərmək, fəaliyyət maddələrini sənədləşdirmək, qeydləri yaymaq və izləmə alətlərindən istifadə edərək müvafiq statusu yeniləmək);
- Rəhbərliyə müvafiq hesabatların hazırlanmasında dəstək göstərmək;
- Rəhbərlik tərəfindən təyin edilmiş vəzifələrin icrasına cavabdeh olmaq (şifahi və yazılı);
- İdarəetmə hesabatları üçün müxtəlif Funksiyalar üzrə şöbələrin hesabatlarının koordinasiyası daşımaq;
Vəzifənin tələbləri:
- Ali təhsil (Yeni məzun);
- Layihə idarəetmə baza biliklər (PMİ, Agile and Waterfall və ya Prince 2 standartları barədə məlumat);
- Azərbaycan və ingilis dillərini sərbəst bilmək, Rus dilini bilmək üstünlükdür;
- MS Office-in qabaqcıl istifadəçisi olmaq (xüsusilə MS Excel MS Power Point);
- Məqsədlərə çatmaq üçün yüksək səviyyədə sərbəst formada işləməyi bacarmaq;
- Yaradıcılıq;
- Mükəmməl ünsiyyət bacarığı;
- Nəticə yönümlülük.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.