Artlife Sahil və Sumqayıt filialı YAY Praktiki Təcrübə Proqramını elan edir!
Motivasiyalı, əla ünsiyyət qabiliyyətli, təşəbbüskar tələbə və məzunları bu fürsətdən yararlanmağa dəvət edirik.
Proqram müddəti 2 aydır.
Proqram 2 istiqaməti əhatə edir.
1. Rəssam assistent
2. Administrativ assistent
Proqrama kimlər qoşula bilər?
- 4-cü kurs tələbələri.
- Magistr tələbələri.
- 2021-2023-ci illərin məzunları.
Təcrübə proqramı sizə nə qazandıracaq?
- Real iş mühiti ilə tanışlıq.
- Komanda işini mənimsəmə və sosiallaşmaq imkanı.
- Təhsil müddətində öyrəndiklərinizi tətbiq etmə imkanı.
- Öz sahəsində peşəkar şəxslərin təcrübələri ilə tanış olmaq imkanı.
- Gələcək karyera imkanının artırılması.
- Əmək vərdişlərinin inkişafı
- Təcrübə proqramında iştiraka dair QR kodla Artlife reyestrində qeydiyyata alınmış Diplom.
Göstərilən tələblərə cavab verən namizədlər müraciət üçün CV formasını foto ilə birlikdə, mövzu yerinə rəssam və ya administrativ assistent qeyd etməklə ramil.ahmadli@artlife.az göndərə bilərlər.
Son müraciət tarixi: 07/06/23