Təsvir
Ölkənin ən qabaqcıl pərakəndə satış şəbəkələrinin birində təcrübə qazanmaq istəyirsən və haradan başlamalı olduğunu bilmirsən? Elə isə “Kontakt”ın “Təcrübə Proqramı”na müraciət et.
Motivasiyalı, əla ünsiyyət qabiliyyətli, 4-cü kurs və magistr tələbələrini, 2021-2023-ci illərin məzunlarını, təcrübə proqramına qatılmağa dəvət edirik! Təcrübə proqramının bütün seçim mərhələlərindən uğurla keçmiş namizədlər AR əmək qanunvericiliyinə əsasən sənədləşdiriləcək və orientasiya proqramına cəlb olunacaqlar. Proqrama seçilən təcrübəçilər “Kontakt”ın müxtləlif strukturlarında sağlam və pozitiv korporativ mühitdə, qarşılıqlı etibar, güclü və zəngin iş təcrübəsi qazanacaq. Təcrübə müddətində xüsusilə fərqlənən şəxslər gələcəkdə açılacaq vakansiyalar üçün potensial namizəd kimi dəyərləndirilə bilərlər. Təcrübə proqramı ödənişli əsaslarda iki ay müddətində davam edəcəkdir.
Komanda üzvlərimiz arasından mükəmməlliyi və parlaqlığı seçərək kayera yüksəlişini təmin etməyimiz daim qürurlandığımız cəhətimizdir. Böyük komandamıza qoşulmaq istəyənlər üçün bu bir fürsətdir!
Təcrübə proqramı hansı sahələri əhatə edir?
- Pərakəndə satış;
- Korporativ satış;
- Satınalma;
- Maliyyə;
- Marketinq;
- Elektron kommersiya;
- İnsan Resursları və Təlim;
- İnformasiya və Kommunikasiya texnologiyaları;
- Daxili Audit və keyfiyyətin idarə edilməsi;
- Kommersiya (Kontakt Kosmetika – “Olivia”).
Təcrübə proqramı sizə nə qazandıracaq?
- Real iş mühiti ilə tanışlıq;
- Təhsil müddətində öyrəndiklərinizi tətbiq etmə imkanı;
- Öz sahəsində peşakar şəxslərin təcrübələri ilə tanış olmaq imkanı;
- Təcrübə proqramında iştiraka dair Sertifikat.
Tələblər
- 4-cü kurs tələbələri;
- Magistr tələbələri;
- 2021-2023-ci illərin məzunları.
Son müraciət: 25/06/23