“COMPLEX SERVİCES” şirkəti Azərbaycanda “1C” firmasının partnyorudur. Keyfiyyətli xidmətimizin nəticəsində daimi artan müştərimizin tələblərini nəzərə alaraq komandamızı genişləndirmək qərarına gəldik və kadr tələblərimizə uyğun Təcrübəçilərin qəbulu və təlimlərdən sonra imtahandan keçən iştirakçıları işə dəvət etmək fikirindəyik.
Təcrübə mövzuları aşağıdakı mövzulardan ibarət olacaqdır:
1. 1C proqramlaşdırma dilinin əsasları
(Gələcəkdə maraq olarsa, proqrammist kimi davam etmə imkanı)
2. 1C proqramının funksionallığının öyrədilməsi
(Son 1C məhsullarının funksional imkanları və işləmə qaydaları tam öyrədilir)
3. Mühasibatlığın əsasları
(İlkin olaraq baza məlumatları verilir, təcrübəçinin marağı aşkar olunduğu halda, şirkət tərəfindən professional kurslara
göndərilir)
4. İT biliklərin əsasları
5. Müştərilərlə işləmə qaydaları, professional etika və layihənin idarəedilməsi
Tələblər: rus dilli (vacib), daimi yüksəliş və yeni biliklərə sahiblənmək istəyən, punktual, 20-dən 25 yaşınadək gənc oğlan və qızlar.
Təcrübənin müddəti 3 ay olmaqla, həftənin 3 günü, axşam saatlarında (6-dan sonra) keçiriləcəkdir. Yerlər
məhduddur (8-10 nəfər).
Excel, mühasibat uçotu haqqında anlayışı olan müraciətçilərə üstünlük veriləcəkdir.
Müraciət üçün namizəd support@complexservices.az ünvanına özü haqqında qısa məlumat, əlaqə nömrəsi və ya digər kontakt məlumatları qeyd edərək göndərməlidir.
Əlaqə nömrəsi: 077 548-34-48 / 012 409-34-00