LU-MUN Holding : “Gənc istedadlara dəstək!” təcrübə proqramı
“LU-MUN Holding” MMC-nin təcrübəli maliyyə komandası ali təhsil müəssisəsində təhsil prosesində əldə edilmiş biliklərinizi dərinləşdirmək və möhkəmləndirmək imkanı yaradır.
Təcrübə proqramının müddəti 3 ay nəzərdə tutulmuşdur. Ödənişli əsaslarla (minimum əmək haqqı miqdarında) həyata keçirilir.
Tələblər:
- Ali təhsilini yeni başa vuran məzunlar;
- Maliyyə və muhasibatlıq təhsili olan məzunlar;
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- MS Office bilikləri;
- Şifahi və yazılı ünsiyyət bacarıqları;
- Öyrənmək istəyi ilə yüksək motivasiyalı;
- Ingilis və Rus dili bilən namizədlərə üstünlük veriləcək
İş Şəraiti:
- İş saatı : 09:00-dan 18:00 dək
- İstirahət günləri: Şənbə və bazar
- Təcrübə müddəti: 3 ay
- Təcrübə müddətini uğurla keçən təcrübəçi işlə təmin edilə bilər.
Seçim müsahibə və test əsasında aparılacaq. Müraciət etmək istəyən namizədlər, CV-lərini hr@lmh.az mail ünvanına mövzu hissəsinə “Maliyyə üzrə təcrübəçi” qeyd edərək göndərə bilərlər.