“AzInTelecom” MMC ölkə daxilində təhsil alan tələbə və məzunlar üçün İnformasiya Təhlükəsizliyi sahəsində maaşlı təcrübə proqramı elan edir!
Tələblər:
Ali təhsil tələbi:
- Ali təhsilli son kurs tələbələri
- Orta təhsilli digər gənclər
Tələb olunan bacarıqlar:
- Kommunikasiya bacarığı;
- Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;
- Təqdimat etmə bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Təşəbbüskarlıq;
- Stressə davamlılıq.
Tələb olunan texniki biliklər:
- Fundamental kiber təhlükəsizlik bilikləri;
- Fundamental şəbəkə bilikləri (Protokollar, portlar, OSI TCP/IP Modellər);
- Fundamental sistem inzibatçılığı bilikləri (Windows, Linux);
- Fundamental proqramlaşdırma bilikləri (Web proqramlaşdırma, Rest API).
- Yaş məhdudiyyəti: 17-25 yaş arası gənclər
- Seçiləcək təcrübəçi sayı: 10-15
- Təcrübə proqramı müddəti: 22 Aprel – 24 İyun (2 ay)
- Müraciət etmək üçün son tarix: 15 Aprel
Müraciət üçün career@azintelecom.az ünvanına CV göndərilməli və mövzu bölməsində mütləq qaydada “Təcrübə proqramı” qeyd edilməlidir.