“Bank Respublika” ASC İnsan Resursları Departamentində təcrübə proqramı elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikası Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, əmək müqavilələrinin hazırlanması;
 - İşçilərin şəxsi işlərini formalaşdırmaq və dəyişikliklərin uçotunu aparmaq;
 - Əmək kitabçalarında müvafiq qeydlər aparmaq;Əmr, sərəncam, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunun aparılması;
 - İR üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək;
 
Namizədə qarşı tələblər:
- Ali təhsil;
 - Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
 - MS Office proqramları üzrə biliklər;
 - Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
 - Komandada işləmək bacarığı;
 - Operativlik, dəqiqlik və səliqəlilik;
 - Ünsiyyət qurmaq və icraçılıq bacarığı.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 iyul 2023-cü il tarixinədək email-in mövzu hissəsində İnsan Resursları Departamentində təcrübə proqramı qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


                                
                             
		
		
		
		