Vakansiya: İnsan Resursları üzrə Təcrübəçi
Tələblər:
- Ali təhsilli (iqtisadiyyat, menecment, insan resursları və s. ixtisası üzrə) məzunlar;
- Əmək qanunvericiliyini yaxşı səviyyədə bilməli;
- İş təcrübəsi tələb olunmur;
- Staj müddəti ödənişlidir;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş haqqında məlumat:
- İnsan Resursları və kadr kargüzarlığı məsələləri ilə bağlı müvafiq öhdəliklərin yerinə yetirilməsi;
- İşə alınan işçilər üçün əmək kitabçası açılmasının təmin olunması.
- İşçilərin iş qrafiki üzrə işə cəlb olunması zamanı davamiyyətlərinin yoxlanılması, şöbələr üzrə icra olunan kadr əmrlərin rəhbərlik tərəfindən imza və möhür olunmasının həyata keçirilməsi
- Təcrübə rəhbərinin digər müvafiq tapşırıqlarını icra etmək.
İş Qrafiki: Həftə içi 5 gün
İş Yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İnsan Resursları üzrə Təcrübəçi” qeyd etməyiniz xahiş olunur.
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan “Azersun Holding” MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.