Rəqəmsal Məhsul Təcrübə Proqramı
Qoor “Rəqəmsal Məhsul Təcrübə Proqramı” elan edir. Bu təcrübə proqramı rəqəmsal sfera ilə maraqlanan, öz sahəsini hələ seçməmiş, məsuliyyətli tələbələri hədəfləyir.
Proqramın məqsədi:
Bu təcrübə proqramının əsas məqsədi 1-3-cü kurs arası tələbələr üçün 1 ay ərzində bir rəqəmsal məhsulun yaranma prosesinin necə olduğunu həm praktiki həm də nəzəri olaraq göstərməkdir. Bu proqram həftədə bir dəfə rəqəmsal məhsulla bağlı təlim almaq və illərdir təcrübəsi olan insanlarla işləmək şansı yaradacaq.
İşləmə forması:
Təcrübə proqramı part-time olaraq həyata keçirilir və namizəddən 1 ay ərzində hər gün 4.5 saat ayırması gözlənilir. İşləmə forması hybriddir, həftədə 1 dəfə ofisdə və 4 gün evdə olmaqla keçiriləcək.
Təlimlər:
- Məhsul sahibi nə edir?, Məhsul sahibi kimlərlə işləyir?
- UX nədir, haralarda tətbiq olunur, məntiqi necə işləyir
- Rəqəmsal məhsullarda istifadə olunan marketinq strategiyaları və səbəbləri
- Agile nədir, niyə tətbiq olunur, hansı məhsullar üçün keçərlidir
Təcrübə proqramı üçün həftədə bir dəfə ofisə gəlmək şərt olduğu üçün bəzi xərclərin qarşılana bilməsi üçün ödəniş nəzərdə tutulub.
Qeydiyyatın son tarixi: 23 Avqust
Qeydiyyat linki: https://forms.gle/bWN68fN5zek5xPWi8