Şirkət: “Avromed Company” CJSC
Vəzifə: WMS / AİS (Anbar İdarəetmə Sistemi) üzrə təcrübəçi
Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir. Şirkətin məqsədi Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikaları və bütün vətəndaşları yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdir. Öz fəaliyyəti dövründə Avromed şirkəti dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq əczaçılıq şirkətləri ilə iş birliyi qurmağa nail olmuşdur.
ƏSAS FUNKSİONAL ÖHDƏLİKLƏR:
• Anbar idarəetmə sisteminin, anbar prosesləri standartlarının və faktiki proseslərin öyrənilməsi və monitor edilməsi;
• Faktiki proseslərin standart proseslərə sistem əsasında uyğunlaşdırılmasına kömək etmək;
• Sistem istifadəçilərinə sistemin istifadəsində istiqamətlər vermək;
• Sistemdə toplanmış məlumatları analiz etmək və lazımi hesabatlar hazırlanamaq.
TƏLƏBLƏR
• Ali təhsil arzuolunandır;
• Azərbaycan və rus dillərində sərbəst danışma;
• Microsoft Office (xüsusilə PowerPoint, Excel) bilikləri;
• Diqqət və məsuliyyət, nəticə üçün çalışmaq.
Maraqlananlar CV-lərini vacancy@avromed.az elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “WMS / AİS (Anbar İdarəetmə Sistemi) üzrə təcrübəçi” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.