Struktur vahidinin adı: İctimaiyyətlə əlaqələr və protokol departamenti
İş rejimi: Gündəlik
Vakansiyaya müraciət üçün son tarix: 21-08-2023
İş yerinin ünvanı: Ələt
Şərtlər
Təcrübə müddəti 3 aylıqdır. Bu zaman çərçivəsində təcrübəçi Protokol xidmətinin həyata keçirdiyi müxtəlif tədbirlərdə iştirak edərək sahə üzrə praktiki biliklər əldə edəcək. Proqram ödənişlidir.
ƏSAS TƏLƏBLƏR
- Ali təhsil (Beynəlxalq əlaqələr, siyasət elmləri və digər oxşar sahələr) və ya sonuncu kurs tələbələri;
- İngilis dili sərbəst,
- Rus dili sərbəst;
- Ofis proqramlarının sərbəst istifadəsi;
DAVRANIŞ BACARIQLARI:
- Nizam-intizam;
- Etik davranış;
- Məsuliyyət;
- Ünsiyyət;
- Detallara diqqət;
Öhdəliklər
- Daxili və xarici tədbirlərin təşkilində iştirak etmək;
- Yerinə yetirilmiş işlər barədə müntəzəm olaraq məlumat hazırlanmasında iştirak;
- Tədbirlər zamanı lazımi təşkilati işlərin görülməsində iştirak;
- Rəsmi nümayəndələrin və qonaqların qarşılanması, onlar üçün rəsmi proqramların təşkili işində iştirak etmək;
- Tədbir keçiriləcək məkanın protokol qaydalarına uyğun olaraq hazırlanması işinə dəstək olmaq.